Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə ilə bağlı 20 fakt qeydə alınıb.
Yoluxucu Xəstəliklər Mərkəzindən Modern.az-a verilən məlumata görə, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 6-sı dəm qazı, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.