AZ

Bayramda Naxçıvanda 20 nəfər zəhərlənib

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında zəhərlənmə halları qeydə alınıb.

MR Yoluxucu Xəstəliklər Mərkəzindən APA-ya verilən məlumata görə, bayram günlərində ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida zəhərlənməsi, 6-sı dəm qazından zəhərlənmə, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.

Seçilən
66
43
apa.az

10Mənbələr