Çinin Yantszı çayının magistral xətti yük daşımalarının həcminə görə dünyanın ən işlək daxili su yolu olaraq qalır.
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Vanq Çanqlin mətbuat konfransında məlumat verib. Bildirib ki, çayın magistral xətti boyunca yerləşən limanlarda illik yük daşınması son on ildə 71 faiz artaraq 4,2 milyard tona çatıb.