AZ

Dünyanın ən qədim proqramçı dəzgahı tapılıb

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyada analoqu olmayan, təxminən 2000 il əvvəlin proqramlaşdırma qurğusu aşkar edilib.

Reyting.az-ın məlumatına görə, bunu çinli alimlər bildiriblər.

Çinli tədqiqatçılar deyiblər ki, eradan əvvəl 150-ci ilə aid, ipək toxuma üçün istifadə edilən, proqramlaşdırıla bilən toxuculuq dəzgahı dünyada ən qədim mexanizmidir.

Tapıntı barədə ictimaiyyətə 2026-cı ildə məlumat verilsə də, bu qədim tarixə malik dəzgah 2012-ci ildə Çendu şəhərində metro tikintisi vaxtı aşkarlanıb.

Çinin Elm və Texnologiya Assosiasiyasının məlumatına görə, qədim dəzgahın işləmə prinsipi tamamilə müasir proqramlaşdırma anlayışlarına, həmçinin perfokart sisteminə bənzəyir. Bu mexanizmdə bambuk çubuqlarından və düyünlərdən ibarət "kart sistemi" vasitəsilə incə naxışlar əvvəlcədən "proqramlaşdırılıb".

Alimlərin fikrincə, ola bilsin, bu texnologiya İpək Yolu boyunca yayılmaqla XII əsrdə Avropaya da çatıb.

Elm adamları vurğulayıblar ki, bu qədim, həmçinin nadir texnoloji tapıntı indiyə qədər dünyanın ən qədim proqramlaşdırma qurğusu hesab edilən Antikitera mexanizmindən təxminən 50 il daha qədimdir. Bu qədim proqramçı qurğu peyğəmbər Həzrəti İsanın doğuluşundan 150 il öncə meydana gəlib.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
50
reyting.az

10Mənbələr