Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində naməlum silahlılar partlayıcı qurğunu partladıb və sement zavodunun işçilərini daşıyan avtobusa atəş açıblar. Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.Bizim.Media xəbər verir ki, xilasetmə qrupları və təhlükəsizlik işçiləri hadisə yerinə gələrək yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar.Mənbələr bildirib ki, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və silahlıları tapmaq üçün axtarış əməliyyatına başlayıblar.Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.