Misirin Giza əyalətində beşmərtəbəli yaşayış binasının çökməsi nəticəsində doqquz nəfər ölüb, 15 nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təxminən 36 saat davam edən fasiləsiz axtarış-xilasetmə işlərindən sonra xilasedicilər dağıntılar altından doqquz nəfərin cəsədini çıxarmağa müvəffəq olublar.
Hadisə nəticəsində daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Binanın çökmə səbəbləri hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Çinin Yunnan əyalətində baş verən mədən qəzasında dörd nəfər həlak olmuş, üç nəfər isə itkin düşmüşdü.
DOĞRU.AZ