Qusar, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzi ilk dəfə qadınlar arasında dağ xizəyi üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək .
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək yarışa yanvarın 8-də start veriləcək.
Turnir yanvarın 11-dək davam edəcək.