AZ

“Şahdağ” Turizm Mərkəzi “Sərhədsiz xizək mövsümü” adlı beynəlxalq təşəbbüsə qoşulub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qusar, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC

“Şahdağ” Turizm Mərkəzi Avrasiya Dağ Kurortları Alyansına (ADKA) üzv olan kurortlarla birgə “Sərhədsiz xizək mövsümü” adlı beynəlxalq təşəbbüsə qoşulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşəbbüs çərçivəsində mövsümi xizək keçidi sahibləri digər tərəfdaş kurortların hər birində beş gün müddətinə ödənişsiz ski-passdan istifadə edə biləcəklər.

Təşəbbüsə “Şahdağ”la yanşı, Qazaxıstanın “Şımbulak” və “Oy-Qaraqay”, Özbəkistanın “Amirsay” və Rusiyanın “Roza Xutor” dağ-xizək kurortları qoşulub.

“Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfovun sözlərinə görə, “Sərhədsiz xizək mövsümü” təşəbbüsündə iştirak sadəcə tərəfdaşlıq aksiyası deyil, kurortun beynəlxalq dağ turizminin inkişafına yönəlmiş strategiyasının məntiqi davamıdır. O, Avrasiyanın aparıcı dağ-xizək kurortlarının mövsümi ski-passlarının birləşdirilməsinin turistlər üçün yeni imkanlar açacağını, vahid dağ məkanının formalaşmasına şərait yaradacağını və bütövlükdə regionun cəlbediciliyini artıracağını bildirib. Rüstəm Nəcəfov bu cür layihələrin turizm mübadiləsinin davamlı artımına, xidmət keyfiyyətinin yüksəldilməsinə və Avrasiya ölkələrinin kurortları arasında peşəkar əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

Aksiyada iştirak üçün əsas şərt xizək keçidi sahibinin tərəfdaş kurortun hotellərində və ya həmin kurortun tövsiyə etdiyi yerləşmə obyektlərində qalmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
6
azertag.az

10Mənbələr