AZ

“İranda etirazçılar öldürülsə, ABŞ çox sərt cavab verəcək” - Tramp

“Əgər İran əvvəlki dövrlərdə olduğu kimi etirazçıların öldürülməsinə başlayarsa, ABŞ buna çox sərt cavab verəcək”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, etirazçılara atəş açılması halında ABŞ onları qorumaq üçün müdaxilə edəcək.

Tramp qeyd edib ki, ABŞ-nin sabiq Prezidenti Barak Obamadan fərqli olaraq, İran etirazçılarını dəstəkləmək istiqamətində siyasətini dəyişib və bu yanaşmanı düzəldib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
70
50
missiya.az

10Mənbələr