İran etirazçıları öldürməyə başlasa, ABŞ tərəfindən sərt şəkildə vurulacaq.
KONKRET.az ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarına cavab verərkən danışıb.
“Biz hadisələri çox yaxından izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, ABŞ tərəfindən çox güclü şəkildə vurulacaqlar”, – Tramp xəbərdarlıq edib.
Qeyd edək ki, dekabrın 28-dən bəri iqtisadi vəziyyəti ağırlaşması səbəbindən Tehranda sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb.
Hal-hazırda keçirilən etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur. (apa)