AZ

"Ay yazıqlar, qoca sarsaqlar, ölün, YERƏ GİRİN"

Əməkdar artist Elza Seyidcahan "Öz aramızda" verilişinin qonağı olub və onun haqqında səsləndirilən tənqidlərə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, sənətçi efirdə emosional çıxışı ilə diqqət çəkib. Elza Seyidcahan onu müzakirə edən şəxslərə ünvanlanmış fikirlərində bildirib ki, qazandığı mövqeyə zəhməti və alın təri ilə çatıb:

"Siz, kimsiniz ki, məni müzakirəyə qoyursunuz? Məni dövlətim və dünya ölkələri qiymətləndirib. Alın tərimlə, zəhmətimlə bu yerlərə gəlmişəm. Mən qaranlıqda işığam", - deyə o vurğulayıb.

Sənətçi onun ünvanına deyilən sözlərin əks-effekt verdiyini qeyd edib:
"Ay yazıqlar, qoca sarsaqlar... ölün, yerə girin. Guya belə etməklə məni aşağı salırsınız? Əksinə, daha da zirvələrə qaldırırsınız".

Elza Seyidcahan Ermənistanda konserti ilə bağlı səsləndirilən iddialara da aydınlıq gətirib. Onun sözlərinə görə, fikirləri qəsdən yanlış istiqamətə çəkilir:

"Deyirlər ki, mən Ermənistanda konsert verərəm. Mən orada 'Qarabağ Azərbaycandır' adlı konsert verərəm, sevilən şeirlərimi səsləndirərəm. Vaxtilə sənətkarlarımız İrəvanda da konsertlər veriblər. Ermənistanda mənim konsertimi gözləyənlər var, amma burada belə danışırlar".

Əməkdar artist bildirib ki, onu tənqid edənlərə vaxt ayırmaq niyyətində deyil:

"Mənim o adamlara baxmağa vaxtım yoxdur. Yığıb deyirlər ki, filankəslər belə deyir. Onlar haqqında danışmayacağam. Öz haqqımda danışsam, bir ay sözüm bitməz. Nəslim bəllidir, yaradıcılığım göz qabağındadır".

Elza Seyidcahanın bu çıxışı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
62
7
milli.az

10Mənbələr