AZ

Azər Axşamın hava limanında başına iş gəldi – VİDEO

Aktyor Azər Axşam Bakıda hava limanında başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.

Bizim.Media xəbər verir ki, aktyor "Duty Free"dən alış-veriş etdiyini, amma kobudluqla qarşılaşdığını bildirib.

O qeyd edib ki, ətri səhv alıb və dəyişmək istəyəndə icazə verilməyib:

"Bakıda "Duty free"dən ətir almışam. Amma sonra anlayırsan ki, səhv almısan. Qayıdırsan ki, bunu dəyişin, başqasını götürüm, səhv olub. İnsansan, səhv almısan. Oranın işçiləri deyirlər ki, qətiyyən mümkün deyil. Siz nə danışırsınız, nə qaytarmaq, nə dəyişmək mümkündür. Sənə bu lazımdır, lazım deyil götürməlisən. Sistemə vurmuşuq. Çox mraqlıdır bu cür hal. İnsan səhv edə, səhv ala biməzmi? Küçədən, kənar yerdən almamışam. çek də əlimdədir, bunu götür başqasını ver. Diqqətli olun. Bakıda heç nə almayın. (Axsam.az)


Bizim.Media

Seçilən
66
24
bizim.media

10Mənbələr