ABŞ Prezidenti Donald Tramp yanvarın 5-i brifinq keçirərək Venesuela ilə bağlı mövqeyi barədə hər iki partiyadan olan konqresmenlər qrupunu məlumatlandıracaq.
Bununla bağlı CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, brifinq yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə yanvarın 6-sı saat 02:30-da) keçiriləcək.
Çıxış edənlər arasında Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio və ABŞ-nin Baş prokuroru Pamela Bondinun da olması gözlənilir.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.
"Cebheinfo.az"