AZ

“Çətinə düşəndə Allah yadına düşür”

Sosial media fenomeni Şeyma Subaşı yenə diqqət mərkəzinə düşüb.Metbuat.az xəbər verir ki, Şeyma Subaşı Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıb. O, ifadəsi alındıqdan və narkotik testi verdikdən sonra sərbəst buraxılıb. Hazırda polis nəzarətində olan fenomen testin nəticəsini gözləyir.

Şeyma Subaşının son günlər müsəlmanların müqəddəs kitabı Qurandan sitatlar gətirərək paylaşımlar etməsi birmənalı qarşılanmayıb. Həmişə açıq-saçıq geyimləri, dəbdəbəli həyatı və israfçılığı ilə gündəmə gələn Şeymanın bu həssas günlərdə mömin libasına bürünməsi onu tənqid hədəfinə çevirib. İzləyiciləri “Camaatın qabağına çılpaq çıxanda din yadına düşmür”, “Günü xoş keçəndə kasıbı adam saymırdı”, “Çətinə düşəndə Allah yadına düşür” məzmunlu şərhlər yazaraq Şeyma Subaşını məzəmmət ediblər.

Seçilən
9
12
metbuat.az

10Mənbələr