Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Köçümüz doğma Kərkicahana yola düşəndə sevincdən ağladıq. Biz çox ağır günlər keçirmişik. Bunu mən sözlə ifadə edə bilmirəm. Yaşamayan bilməz köçkün həyatı nə deməkdir.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qayıdan Nəzakət Rəsulova deyib. O, həmçinin doğma yurda qayıdışın unudulmaz tarix olduğunu dilə gətirib:
"Mənim üçün unudulmaz gündür. Doğma yurda qayıdışdan əlamətdar gün ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezidentizə uzun ömür, can sağlığı arzulayıram".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.