
“ABŞ Ukraynaya xərclənən bütün pulları geri qaytara biləcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukraynadakı müharibə hazırda ABŞ üçün heç bir dəyərə malik deyil.
Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton, əksinə, hazırda pul qazanır.
"ABŞ-nin sabiq Prezidenti Co Bayden Ukraynaya 350 milyard dollar verib. Biz ondan fərqli olaraq, pul qazanırıq", - deyə siyasətçi vurğulayıb.
Tramp qeyd edib ki, nadir torpaq metalları ilə bağlı razılaşma sayəsində Ukrayna artıq xərclənən pulun əhəmiyyətli bir hissəsini ABŞ-yə qaytarıb.
Daşqın HəsənovMissiya.Az