Prezident İlham Əliyevin idmanın inkişafına yönəlik strateji dövlət siyasəti sistematik xarakter daşıyır.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı barədə QHT.az-a açıqlamasında qeyd edib. O, bildirib ki, Prezident Olimpiya hərəkatının inkişafına həmişə xüsusi diqqət ayırıb:
"Təsadüfi deyil ki, dünya idman sahəsində azərbaycanlıların mövqeyi günü-gündən möhkəmlənir. Ölkəmizin beynəlxalq idman yarışlarına ənənəvi olaraq ev sahibliyi etməsi də inkişafın bir göstəricisidir. Bu isə həyata keçirilən strateji dövlət siyasətinin uğurudur".