BAKI, 5 yanvar. TELEQRAF
“Rusiya və Ukraynanın problemləri həll edəcəyinə ümid edirəm”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.
Dövlət başçısı həmçinin vurğulayıb ki, hazırda Ukraynadakı müharibə ABŞ-yə heç bir xərc yaratmır, əksinə, hətta gəlir gətirir.
“Bilirsiniz, bu bizə heç nəyə başa gəlmir. Əslində, hətta qazanırıq. Bayden 350 milyard dollar vermişdi, o, sadəcə paylayırdı. Mən isə onun böyük hissəsini geri qaytardım, nadir torpaq elementləri ilə bağlı saziş bağladıq. Bu pulların çoxunu geri alacağıq, bəlkə hamısını, hətta bəlkə hamısından daha çoxunu. Amma indi biz nəsə göndərəndə, onlar pul ödəyirlər”, - Tramp bildirib.