“Qəbələ” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi “Neftçi”də çıxış edən sabiq futbolçusu Emil Səfərovla maraqlanıb. Əyalət klubu oyunçunu mövsüm sonuna qədər icarəyə götürməyi nəzərdən keçirib.
Ancaq “Neftçi” rəhbərliyindən müsbət cavab verilməyib. Bildirilib ki, baş məşqçi Yuri Vernidub qış toplanışında bütün futbolçuları yoxlayacaq. Bu səbəbdən də heç bir oyunçunun ayrılmasına izin verilmir.
Xatırladaq ki, Səfərov “Qəbələ”nin yetirməsidir. O, iki il öncə bölgə klubundan “ağ-qaralar”a transfer olunub.