BAKI, 5 yanvar. TELEQRAF
ABŞ Dövlət Departamentinin farsdilli rəsmi səhifəsində Prezident Donald Trampla bağlı paylaşım edilib.
Teleqraf xəbər verir ki, paylaşımda "Prezident Tramp qətiyyətli adamdır. Əgər bunu bilmirdinizsə, indi bildiniz” ifadələri yer alıb.
Qeyd edək ki, paylaşılan foto yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı çəkilib.
Bundan əvvəl "The Guardian" yazmışdı ki, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra növbəti potensial hədəflər arasında İran və Danimarkanın adı çəkilir.
