sport24.az saytına istinadən ain.az xəbər verir.
"Doğma divarlar" arasında "Reyncers"ə 1-3 hesablı məğlubiyyətdən sonra "Seltik"in baş məşqçisi Vilfrid Nansinin kreslosu laxlayıb. Sport24.az "TEAMtalk"a istinadən xəbər verir ki, klubun İdarə Heyəti artıq onun mümkün istefasını müzakirə edib və keçmiş məşqçi Martin O'Nil Qlazqoya qaytarmaq barədə düşünür.
Derbidə yenilgi Nansinin onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırıb. "Seltik" turnir cədvəlində lider "Harts"dan altı xal geridədir, "Reyncers" isə Denni Rölün rəhbərliyi altında uğurlu seriya yaxlayaraq əzəli rəqibi ilə xalları bərabərləşdirib.
Qeyd edək ki, vaxtilə "Seltik"in "sükanı arxasında" olan, Brendan Rocersin gedişindən sonra müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edən Martin O'Nillin "Seltik Park"a qayıtmağa hazır oldduğu bildirilir. Lakin Nansinin gələcəyi ilə bağlı hələlik yekun qərar verilməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.