Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şotlandiya futbolunun köklü klublarından olan "Seltik" son onilliklərin ən ağır böhranlarından birini yaşayır.
Fanat.Az xəbər verir ki, komanda bütün turnirlər daxil olmaqla ardıcıl dördüncü məğlubiyyətini alaraq 47 illik mənfi rekordu təkrarlayıb.
"Seltik" 1978-ci ilin yanvar ayından bəri ilk dəfədir ki, bütün kulvarlarda üst-üstə dörd matçda meydanı məğlub tərk edir.
Klubun yeni baş məşqçisi Vilfrid Nansi üçün vəzifəsinin ilk günləri gözlənilmədən ağır keçib. Təcrübəli mütəxəssis komandanın başında çıxdığı ilk dörd oyunun hamısında məğlubiyyətlə üzləşib.
Komandanın son dörd oyundakı nəticələri aşağıdakı kimidir:
"Harts" - "Seltik" 2-1
"Roma" - "Seltik" 3-0
"St. Mirren" - "Seltik" 3-1
"Dundee Yunayted" - "Seltik" 2-1
Bu nəticələr həm yerli çempionatda, həm də beynəlxalq arenada azarkeşlər arasında ciddi narahatlığa və müzakirələrə səbəb olub.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.