AZ

Maduro bu gün ABŞ-də hakim qarşısına çıxacaq

Nyu-Yorkda saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı bu gün hakim qarşısına çıxacaqlar.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, ABŞ qüvvələrinin Karakasda keçirdiyi genişmiqyaslı əməliyyatdan sonra Venesuelada hakimiyyəti vitse-prezident Delsi Rodrigez ələ alıb.Venesuelaya hərbi müdaxiləsini doğru və haqlı hesab edən ABŞ Prezidenti Donald Tramp, ölkəsinə bu ölkədən külli miqdarda narkotikin daxil olduğunu və Maduronun "narko-terror dövləti" idarə etdiyini iddia edir.Qeyd edək ki, ölkə lideri narkoterrorizmdə, kokain idxalında və ABŞ-yə qarşı pulemyot və təxribatçı qurğulara sahib olmaqda ittiham olunur.

İlahə QənbərliMissiya.Az

Seçilən
99
42
missiya.az

10Mənbələr