AZ

Venesuela: ABŞ ilə münasibətlərin yaxşılaşdırılması əsas prioritetimizdir

Venesuela Dövlət Başkanının vəzifələrini icra edən Delsi Rodriges ABŞ ilə münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri barədə açıqlama verib.

Editor.az xəbər verir ki, ABŞ ordusu tərəfindən həyata keçirilən əməliyyatdan sonra Prezident Nikolas Maduronun qaçırılmasının ardınca Ali Ədalət Məhkəməsinin qərarı ilə dövlət başçısı vəzifəsini icra etməyə başlayan Delsi Rodriges Nazirlər Şurasının iclasından sonra “Telegram” hesabında paylaşım edib.

Rodriges bildirib ki, Venesuela ABŞ ilə, eləcə də region ölkələri ilə suveren bərabərlik və daxili işlərə qarışmama prinsipləri əsasında, balanslı və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin qurulmasını prioritet hesab edir:

“ABŞ və Venesuela arasında, həmçinin Venesuelanın region ölkələri ilə münasibətlərində suveren bərabərlik və daxili işlərə müdaxilə etməmək prinsipləri əsasında, balanslı və qarşılıqlı hörmətə dayanan beynəlxalq əlaqələr qurmağı əsas məqsəd kimi görürük. Bu prinsiplər dünyanın bütün ölkələri ilə əməkdaşlığımızda diplomatiyamızın təməlini təşkil edir”, – deyə o qeyd edib.

Rodriges Venesuelanın sülhə sadiq olduğunu vurğulayaraq, ölkəsinin hörmət və beynəlxalq əməkdaşlıq mühitində yaşamağa çalışdığını bildirib: “Biz qlobal sülhün davamlı olmasının hər bir ölkədə sülhün təmin edilməsindən başladığına inanırıq”.

ABŞ Prezidenti Donald Trampa da müraciət edən Delsi Rodriges sülh çağırışı edərək deyib:

“Prezident Donald Tramp, xalqımız və regionumuz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, inandığım və həyatımı həsr etdiyim Venesueladır. Arzum Venesuelanın böyük bir gücə çevrilməsidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
65
50
editor.az

10Mənbələr