AZ

Tiaqo Silva 41 yaşında Porto ilə anlaşdı

ain.az, sport24.az portalına istinadən məlumat verir.

PSJ, "Milan" və "Çelsi"nin keçmiş müdafiəçisi Tiaqo Silva Avropaya qayıdıb. Sport24.az xəbər verir ki, futbolçu karyerasını "Porto"da davam etdirəcək.

41 yaşlı futbolçunun Portuqaliya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir və anlaşmada daha bir il uzatmaq şərti də nəzərdə tutulub. 

Tiaqo bu il keçiriləcək dünya çempionatında iştirak etmək istəyir və inanır ki, Avropa klubunda oynamaqla Brazilya millisinin baş məşqçisi Karlo Ançelottininin etimadını qazana biləcək. 

Qeyd edək ki, bu Silvanın "Porto"ya ikinci qayıdışıdır. O, 2005-ci ildə 6 ay Portuqaliya klubunun formasını geyinib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
6
sport24.az

7Mənbələr