AZ

Milan 41 yaşlı futbolçunu transfer etməyi düşünür

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliya təmsilçisi "Milan" sabiq futbolçusu Tiaqo Silvanı transfer edə bilər. SİA "ESPN"ə istinadən xəbər verir ki, 41 yaşlı müdafiəçi yenidən karyerasını Avropa klublarında davam etdirməkdə maraqlıdır.

O, bir neçə gün əvvəl Braziliyanın "Fluminense" klubu ilə olan müqaviləsinə qarşılıqlı şəkildə xitam verib.

Futbolçu bu il "Fluminense"nin heyətində 46 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Tiaqo Silva karyerası ərzində "Milan", PSJ (Fransa) və "Çelsi" (İngiltərə) kimi klubların şərəfini qoruyub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
sia.az

5Mənbələr