AZ

Kiyevi qorxuya salan səbəb nədir?

Almaniyanın “Berliner Zeitung” nəşri yazır ki, ABŞ-ın Venesuelaya endirdiyi hərbi zərbə Kiyevdə narahatedici siqnal kimi qəbul olunub. Nəşrin məlumatına görə, Ukrayna paytaxtında Vaşinqtonun xarici siyasət prioritetlərinin dəyişməsi və ABŞ-ın Ukrayna istiqamətinə marağının azalması ilə bağlı narahatlıqlar artır.

Lakin mövcud vəziyyət göstərir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna mövzusuna marağının zəifləməsindən ciddi şəkildə narahat deyil. Çünki ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsinə diqqət ayırması indiyədək Kiyevə real siyasi və ya strateji üstünlüklər qazandırmayıb.

Tramp üçün Ukraynanın ərazi bütövlüyü əsas prioritet deyil. Onun başlıca məqsədi müharibəni dayandırmaqdır — hətta bu, Donbasın tam şəkildə Rusiyanın nəzarətinə keçməsi hesabına baş versə belə. Bu yanaşma isə Kiyevin milli maraqları ilə üst-üstə düşmür.

Zelenskinin Trampla mütəmadi görüşlərə razılıq verməsinin əsas səbəbi də məhz budur. Ukrayna Prezidenti ABŞ liderinin dəvətlərini rədd edərsə, bu, Vaşinqtonla münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Buna görə də Zelenski hər dəfə Trampla görüşməyə və ABŞ tərəfinin təkliflərini müzakirə etməyə hazır olduğunu nümayiş etdirməyə məcburdur. Kiyev üçün Trampla yeni bir qarşıdurma qəbuledilməzdir.

Eyni zamanda Ukrayna ABŞ-ın hərbi dəstəyinə ehtiyac duyur. Bu dəstək isə əsasən Avropa ölkələri vasitəsilə təmin olunur. ABŞ hərbi texnika və silahları Avropa dövlətlərinə satır, həmin ölkələr də bu texnikanı Ukraynaya ötürürlər. Bu mexanizm Kiyev üçün hələlik alternativsizdir.

Beləliklə, Zelenskinin siyasəti ABŞ-la münasibətləri qorumağa, Tramp administrasiyası ilə açıq ziddiyyətə getməməyə və mümkün qədər hərbi-texniki dəstəyin davamlılığını təmin etməyə hesablanıb.

Elxan Şahinoğlu 

Politoloq

Seçilən
45
14
veteninfo.az

10Mənbələr