AZ

Venesuelada Maduronu azad etmək üçün komissiya yaradıldı


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin azad edilməsi üçün komissiya yaradıb.

AFP-nin məlumatına görə, xanım Rodrigez qardaşı Xorxe, Milli Assambleyanın prezidenti və xarici işlər naziri İvan Pinto Gili komissiyaya sədr təyin edib. Onlar həmsədrlər təyin ediliblər. İnformasiya naziri Alfredo Nazaret Nanyez də yeni quruma daxil ediləcək.

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının 3 yanvarda ABŞ qüvvələri tərəfindən zorla tutulub devrilməsindən sonra ölkənin Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigezə müvəqqəti dövlət başçısı olmağı əmr edib. Məhkəmə Nikolas Maduronu müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırdığını elan etməyib.

SAMİRƏ

Seçilən
35
30
baki-xeber.com

10Mənbələr