AZ

Tramp: Kiyevlə faydalı qazıntılarla bağlı saziş ABŞ a Ukraynaya xərclənən vəsaiti geri qaytarmağa imkan verəcək

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynanın faydalı qazıntıları ilə bağlı əldə olunan razılaşmalar Vaşinqtona Kiyevin dəstəklənməsinə xərclənən bütün vəsaiti geri qaytarmağa və əlavə gəlir əldə etməyə imkan verəcək.

APA xəbər verir ki, Tramp bunu Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya dəstəyi əslində ölkə üçün xərc yaratmır, əksinə gəlir gətirir.

ABŞ prezidenti qeyd edib ki, əvvəlki administrasiya dövründə Ukraynaya 350 milyard dollar həcmində yardım göstərilib.Tramp əlavə edib ki, nadir torpaq elementləri ilə bağlı razılaşma sayəsində bu vəsaitin əhəmiyyətli hissəsi artıq geri qaytarılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
50
apa.az

10Mənbələr