AZ

Rodrigez Trampa müraciət etdi: Buna haqqımız var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Rodrigez müraciətini “Telegram” kanalında paylaşıb.

“Prezident Donald Tramp, xalqlarımız və regionumuz müharibəyə yox, sülhə və dialoqa layiqdir”, – deyə o bildirib.

Rodrigez vurğulayıb ki, Venesuelanın sülhə, inkişafa, suverenliyə və gələcəyə haqqı var.

Qeyd edək ki, bu açıqlamadan bir neçə saat əvvəl Donald Tramp Delsi Rodrigezə doğru qərarlar qəbul etməyəcəyi təqdirdə hədələr səsləndirib.

“Əgər o düzgün davranmasa, çox böyük bədəl ödəməli olacaq, bəlkə də Madurodan da yüksək”, – deyə Tramp qeyd etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
38
globalinfo.az

10Mənbələr