GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Venesuela vitse-prezidenti Delsi Rodrigezin Rusiyada olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Zaxarovanın sözlərinə görə, Rodrigezin Rusiyada olması ilə bağlı məlumatlar saxtadır.
ABŞ mediası əvvəllər Venesuela Prezidenti Maduronun devrilməsindən sonra hakimiyyətin ölkə konstitusiyasına uyğun olaraq vitse-prezident Delsi Rodrigezə keçəcəyini bildirmişdi. Lakin jurnalistlər vurğulayırlar ki, gələcək inkişafları proqnozlaşdırmaq mümkün deyil.
“The Wall Street Journal” qəzeti Venesuela hökumətinə yaxın mənbəyə istinadən bildirib ki, Rodrigez zərbələr nəticəsində sağ-salamatdır və zərər çəkməyib .
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.