Yazını böyüt
Yazını kiçilt
Beyrutdan Parisə uçan “Air France” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıqla əlaqədar Münxen Hava Limanına məcburi eniş edib.
Hafta.az “Bild” qəzetinə istinadla xəbər verir ki, “Airbus A330-200” tipli təyyarə aeroporta təhlükəsiz şəkildə enib və sərnişinlər hava gəmisini tərk ediblər.
Təyyarə Almaniya səmasında 12 kilometr hündürlükdə olarkən heyət beynəlxalq fövqəladə vəziyyət siqnalı ötürüb. Bundan sonra hava hərəkətinə nəzarət xidməti reysin Münxenə yönləndirilməsi üçün dərhal müvafiq marşrutu təmin edib. Hadisənin konkret səbəbi açıqlanmasa da, ilkin məlumatlara görə ekipaj texniki problemin olması barədə məlumat verib.
Hazırda Münxendə sərt şaxtalı hava şəraiti hökm sürür.