AZ

Artıq millinin baş məşqçisi deyil

style='margin-bottom:10px;'>

Tunis millisinin baş məşqçisi Sami Trabelsi Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlubiyyətdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul olunub. 57 yaşlı mütəxəssis Trabelsi məşqçilər korpusunun digər üzvləri ilə birlikdə milli komandadan ayrılıb.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun qrup mərhələsində Tunis yığması C qrupunda 3 oyundan sonra 4 xal toplayaraq ikinci yeri tutmuşdu. 1/8 finalda isə Mali ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında 2:3 hesabı ilə uduzub.

Sami Trabelsi 2025-ci ilin fevral ayından Tunis millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 18 oyun keçirib, 10 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 4 məğlubiyyət alıb.

Seçilən
79
19
teleqraf.com

10Mənbələr