AZ

Millinin fəaliyyəti dayandırıldı, Obameyanq komandadan kənarlaşdırıldı

style='margin-bottom:10px;'>

Gabon hökuməti Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra ölkənin futbol üzrə milli komandasının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

QOL.az xəbər verir ki, komanda qrup mərhələsində keçirdiyi üç oyunun hamısında məğlub olaraq turniri sonuncu pillədə başa vurub.

Qərara əsasən, baş məşqçi və məşqçilər korpusu istefaya göndərilib, komandanın ulduz futbolçusu Pyer-Emerik Obameyanq isə milli komandadan kənarlaşdırılıb. Yığmanın çıxışı qəbuledilməz adlandıraraq futbol sistemində ciddi islahatlara ehtiyac olduğu bildirilib.

Obameyanq isə sosial şəbəkədə verdiyi açıqlamada problemlərin təkcə bir futbolçu ilə bağlı olmadığını vurğulayıb.

Qeyd olunur ki, hökumətin bu addımı FIFA-nın futbola dövlət müdaxiləsini qadağan edən qaydaları ilə ziddiyyət təşkil edə və əlavə sanksiyalara səbəb ola bilər.

Seçilən
27
teleqraf.com

1Mənbələr