AZ

Kompüter arxasında siqaret çəkmək onun xarab olmasını sürətləndirir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Uzunmüddətli oyun seansları zamanı siqaret və veyp çəkmək kompüterlərin xarab olmasını tezləşdirir.

Oxu.Az bu barədə SHOT "Telegram" kanalına istinadən xəbər verir.

Ekspertlərin sözlərinə görə, kompüterin yanında mütəmadi şəkildə siqaret çəkmək soyutma sisteminin sürətlə çirklənməsinə səbəb olur: tüstü korpusun daxilinə çökür və ventilyatorları tıxayan yapışqan toz kütləsi əmələ gətirir.

Bu isə öz növbəsində həddindən artıq isinməyə gətirib çıxarır və ana plataların və videokartların sıradan çıxma riskini artırır. Bəzi hallarda kompüter artıq bir neçə ay istifadədən sonra təmir tələb edə bilər.

Cihaz bərpa edildikdən sonra əgər istifadəçi vərdişlərini dəyişməzsə, problem qalmaqda davam edir. Bu şəraitdə təkrar nasazlıq yarım il ərzində, aktiv siqaret çəkənlərdə isə daha da tez baş verə bilər.

Riskləri minimuma endirmək üçün veyp və siqaret çəkənlərə kompüterləri hər ay, zərərli vərdişləri olmayan istifadəçilərə isə ildə bir dəfə təmizləmə tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
38
oxu.az

10Mənbələr