Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Türkiyənin pop ulduzu Ajda Pekkanın 77 yaşlı bacısı Semiramis Pekkan xərçəng xəstəliyindən əziyyət çəkir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pekkan xəstəliyi barədə təsadüfən öyrəndiyini açıqlayıb.
Belə ki, bir müddət öncə qəza keçirən Semiramisin ağciyərində müayinə üçün getdiyi xəstəxanada şiş aşkarlanıb.
O, xəstəliyinə tütün istifadəsinin səbəb olduğunu bildirib: “Həkimim əvvəllər istifadə etdiyim tütünün xəstəliyimə təsir etdiyini dedi. Elektron siqaret adlandırdıqları və daha az zərərli olduğunu iddia etdikləri cihazlar məni məhv etdi. Keçmişdə sahib olduğum bu vərdişin cəzasını indi çəkirəm. Başladığım zaman normal görünürdü, zərərini bilmirdim, amma indi zərərlərini aydın görürəm”.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.