AZ

ABŞ üçün “qızıl fürsət” - Venesueladakı Rusiya silahları Pentaqonun əlində

“Defense Express” nəşrinin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduronun həbsindən sonra ABŞ hakimiyyətin təhlükəsiz şəkildə ötürülməsi təmin olunana qədər ölkə üzərində nəzarəti müvəqqəti olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu isə Vaşinqtona Venesueladakı Rusiya silahlarına çıxış imkanı yarada bilər.

Nəşr yazır ki, əgər Karakasda ABŞ-la həmrəy mövqe sərgiləyən yeni hökumət formalaşarsa, Amerika hərbi personalı və müdafiə sahəsi üzrə mütəxəssislər Venesuela Silahlı Qüvvələrinin bütün arsenalına çıxış əldə edəcəklər.

Bu arsenalın tərkibinə son illərdə ölkəyə tədarük edilən Rusiya istehsalı silahlar da daxildir. Analitiklərin fikrincə, bu vəziyyət ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) uzun müddətdir kəşfiyyat orqanlarının diqqət mərkəzində olan silah sistemlərini hərtərəfli araşdırmaq imkanı verə bilər.

Ekspertlər Rusiyanın 2013-cü ildə Venesuelaya iki batalyon tərkibində təhvil verdiyi S-300VM zenit-raket komplekslərini ən qiymətli sistemlərdən biri hesab edirlər. Bundan başqa, 2025-ci ilin oktyabrında Rusiya Venesuelaya artıq mövcud arsenalda olan, dəqiq sayı açıqlanmayan “Pantsir” və “Buk-M2” zenit-raket sistemlərini də tədarük edib.

Pantsir“Pantsir”

Eyni zamanda, Karakas yaxınlığında həyata keçirilmiş Amerika əməliyyatı zamanı bəzi Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi ehtimal olunur. Yayılmış videogörüntülərdə, xüsusilə, ən azı bir “Buk-M2” zenit-raket kompleksinin sıradan çıxarıldığı əks olunub.

Analitiklərin hesablamalarına görə, ABŞ üçün əsas maraq doğuran obyektlərdən biri də 2006-cı ildən etibarən Venesuelaya tədarük edilən Su-30MKV qırıcılarıdır. Hazırda ölkənin inventarında 21 belə təyyarə mövcuddur. Bundan əlavə, amerikalı mütəxəssislərin Rusiya arsenalının ən müasir nümunələrindən sayılan R-77 “hava-hava” raketlərinə çıxış əldə edə biləcəyi də istisna edilmir.

Su-30MKV

ABŞ-ın diqqət mərkəzinə düşə biləcək digər silahlar sırasında 300 mm-lik “Smerç” yaylım atəşli raket sistemləri, İran istehsalı olan “Mohajer-6” kəşfiyyat və zərbə dronları, eləcə də Çinin VN-16 amfibiya piyada döyüş maşınları da göstərilir.

Düşmən “Smerç” 

Qeyd olunur ki, Venesuelanın yeni rəhbərliyi Rusiya istehsalı zirehli texnika və artilleriya sistemlərinin geniş parkının istismarını davam etdirmək məcburiyyətində qalacaq. Bu isə rus mütəxəssislərinin iştirakı olmadan texniki xidmət baxımından ciddi çətinliklər yarada bilər. Sözügedən silahların bir hissəsi gələcəkdə istismardan çıxarıla, üçüncü ölkələrə satıla və ya döyüşə hazır vəziyyətə gətirilə bilər.

ODIN“Mohajer-6”

Eyni zamanda bildirilir ki, Vaşinqton Cənubi Amerikanın ən güclü ordularından biri hesab olunan Venesuela Silahlı Qüvvələrinin mərhələli şəkildə tərksilah edilməsində və ölkənin Amerika istehsalı silah sistemlərinə keçidində maraqlıdır.

Seçilən
79
50
bakuinfo.net

10Mənbələr