AZ

Kiyevə hücum davam edir: Yaralıların sayı səkkizə çatıb – VİDEO

“Kiyevə qarşı hücumlar davam edir, nəticədə xəsarət alanların sayı səkkizə yüksəlib”. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, paytaxtda hava həyəcanı artıq yeddi saatdan çoxdur ki, davam edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kiyev istiqamətində pilotsuz uçuş aparatlarının uçuşunun davam etdiyini açıqlayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib ki, Rusiya hücumunun fəsadları paytaxtın bir neçə rayonunda qeydə alınıb:

“Darniçki rayonunda bir neçə fərdi yaşayış evi yanır, alovun yaxınlıqdakı qocalar evinə keçmə təhlükəsi var. Həmin rayonda dron qalıqları 24 mərtəbəli binaya düşüb, binanın yuxarı mərtəbəsində yanğın baş verib, eyni zamanda bir neçə avtomobil də yanıb.

Dneprovski rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın qeydə alınıb, beşinci mərtəbənin dağıntıları altında bir nəfərin qala biləcəyi ehtimal edilir və hazırda axtarış-xilasetmə işləri aparılır. Bu rayonda depo ərazisinə də zərbə endirildiyi bildirilir.

Qoloseyevski rayonunda texniki xidmət stansiyasında yanğın baş verib.

Obolonski rayonunda isə pilotsuz uçuş aparatının qalıqları bağ evləri kooperativinin ərazisinə düşüb.

Solomenski rayonunda universitet yataqxanasının doqquzuncu mərtəbəsində ciddi zədələnmə qeydə alınıb”.

“Bundan əlavə, Desnyanski və Solomenski rayonlarından təcili tibbi yardım briqadalarına çoxsaylı çağırışların daxil olduğu bildirilir”, – Timur Tkaçenko bu barədə məlumat verib.

Şəhər rəhbərliyi sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə və sığınacaqlarda qalmağa çağırıb.

Seçilən
64
50
nocomment.az

10Mənbələr