AZ

ABŞ nin hücumudan sonra küçələrdə panika venesuelalılar supermarketlərə axışır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin Venesuelaya hücumundan sonra paytaxt Karakasda insanlar arasında panika yaranıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra əsas ehtiyaclarını ödəyə bilməyəcəklərindən qorxan venesuelalılar ehtiyat toplamaq üçün supermarket və mağazalara axın ediblər.

Yerli hakimiyyət orqanları isə əhaliyə təşviş yaratmamaq və lazımsız yerə ehtiyat toplamamaq barədə xəbərdarlıq edib.

Küçələrdə uzun növbələr müşahidə olunub, bəzi mağazalar talanların qarşısını almaq üçün müştəriləri kiçik qruplar halında içəri buraxıblar.

Bəzi ərazilərdə insanlar mağazalar önündə gecə saatlarına qədər növbə gözləyib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
16
525.az

10Mənbələr