AZ

Manuel Pelleqrini: “Hesab oyunun real mənzərəsini əks etdirmirdi”

İspaniyanın “Betis” komandasının baş məşqçisi Manuel Pelleqrini La Liqada “Real Madrid”ə qarşı oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, çilili mütəxəssis komandasının epizodlar yaratdığını, lakin bəxtsizlik və rəqib qapıçının yaxşı oyunu səbəbindən fərqlənə bilmədiklərini deyib.

“Belə anlar olur ki, hesab oyunun real mənzərəsini əks etdirmir. Biz dirəyə dəydik, Kurtua bir neçə seyv etdi. Oyunun balansı nəticədən fərqli idi”, - deyə Pelleqrini vurğulayıb.

Qeyd edək ki, “Betis” həmin görüşdə çoxlu qol epizodları yaratsa da, sonda istədiyi nəticəni əldə edə bilməyib və oyun “Real”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Seçilən
111
50
idman.biz

10Mənbələr