Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Vaşinqton Karakasda sınaqdan keçirdiyi əməliyyatı Kiyevə qarşı təkrar edə bilər.
Reyting.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS-ın suallarını cavablandırarkən deyib.
Dmitri Medvedev ABŞ prezidenti Donald Trampla razılaşmanı rədd edəcəyi təqdirdə, ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı belə bir tədbir görə biləcəyi ilə bağlı suala “Kiyevdə belə bir əməliyyat üçün əsaslar daha çoxdur”, - cavabını verib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuela paytaxtına və ölkənin digər yerlərinə aviazərbələr endirib və ABŞ xüsusi təyinatlıları prezident Maduro və həyat yoldaşını tutaraq mühakimə etmək üçün Nyu-Yorka gətiriblər.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.