Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib ki, Rusiya ilə münaqişənin tənzimlənməsi kontekstində “çox məsələlər Yeni ilədək həll oluna bilər”.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu açıqlama eyni zamanda onun ABŞ Prezidenti Donald Trampla yüksək səviyyəli görüşünü elan etməsi kimi qiymətləndirilir.
“Çox məsələlər yeni ilədək həll oluna bilər”, - deyə Zelenski yazıb.
O, qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) sədri Rustem Ümerov “ABŞ tərəfi ilə növbəti kontaktlar” barədə məlumat verib. Zelenski Trampla yüksək səviyyəli görüşün planlaşdırıldığını və Kiyevin “bir gün belə itirmədiyini” vurğulayıb.
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.