ain.az, Azvision portalına istinadən məlumat verir.
Türkiyə Prezidentinin mətbuat xidməti məlumatına görə,
söhbət zamanı regional təhlükəsizlik məsələlərinə və Yaxın Şərqdə mövcud olan münaqişələrə xüsusi diqqət yetirilib. Yəməndəki vəziyyəti müzakirə edən Ərdoğan bildirib ki, Ankara ölkədə baş verən prosesləri diqqətlə izləyir və Yəmənin ərazi bütövlüyünün qorunmasını regional sabitliyin əsas amillərindən biri hesab edir. Türkiyə lideri ölkəsinin Yəmən münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərə töhfə verməyə və vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bəyan edib. Röya Əliyeva
AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.