AZ

Türkiyə XİN: Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir, vasitəçilik etməyə hazırdır

Ankara Venesueladakı vəziyyəti diqqətlə izləyir və böhranın həllində vasitəçilik etməyə hazırdır.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə və Venesuela xalqının rifahına önəm verir", - bəyanatda vurğulanıb.

Nazirlik ölkədə mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxarmasının qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırıb:

"Biz Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün istənilən konstruktiv yardımı göstərməyə hazırıq. Karakasdakı səfirliyimiz Venesueladakı türk vətəndaşları ilə davamlı əlaqə və lazımi koordinasiyanı davam etdirir", - XİN əlavə edib.

Seçilən
72
50
missiya.az

10Mənbələr