AZ

Rubio ABŞ nin Venesuela üzrə planlarını açıqladı: Bu, müharibə yox, idarəetmədir

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

O, "NBC News"un "Meet the Press" proqramına verdiyi müsahibəsindədə vurğulayıb ki, ABŞ Venesuela dövləti ilə müharibə aparmır. “ Biz Venesuela ilə deyil, narkotik alveri ilə məşğul olan təşkilatlarla mübarizə aparırıq ”, – deyən Rubio əlavə edib ki, Vaşinqtonun əsas məqsədi ABŞ-nin milli maraqlarının qorunmasıdır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qərb yarımkürəsindəki rəqiblərinin, o cümlədən İranın və onunla əlaqəli “Hizbullah” təşkilatının fəaliyyət mərkəzinə çevrilə biləcək bir dövlətin formalaşmasına yol verməyəcək. Rubio açıq şəkildə bildirib ki, ABŞ Venesuelanı “müəyyən siyasi məcraya yönəltmək” istəyir və bunu həm amerikalılar, həm də Venesuela xalqı üçün faydalı hesab edir. Rubio əsas məqsədin narkotik alverinə son qoyulması, xarici hərbi və kəşfiyyat mövcudluğunun aradan qaldırılması, habelə neft sektorunun ABŞ-nin rəqiblərinin dəstəklənməsi niyyətilə istifadəsinin qarşısının alınması olduğunu qeyd edib. Eyni zamanda o, ölkədə Amerika qoşunlarının olmadığını vurğulayıb və əməliyyatın işğal xarakteri daşımadığını, Konqresin təsdiqini tələb etmədiyini bildirib. Onun sözlərinə görə, bu proses “hüquq-mühafizə tədbirləri çərçivəsində” həyata keçirilib. ABŞ dövlət katibi Venesueladakı vəziyyətin İraq, Liviya və ya Əfqanıstanla müqayisə edilməsini də qəti şəkildə rədd edərək, bu cür paralelləri əsassız adlandırıb. “Bura Qərb yarımkürəsidir. Biz burada yaşayırıq və onun rəqiblərimiz üçün əməliyyat bazasına çevrilməsinə imkan verməyəcəyik”, – deyə Rubio bəyan edib. Bu arada The Washington Post qəzeti Tramp administrasiyasının Venesuela üzrə xüsusi nümayəndə təyin etmək imkanını nəzərdən keçirdiyini yazır. Məlumata görə, həmin nümayəndə ölkənin idarə olunması məsələlərində Rubioya dəstək göstərəcək. Vaşinqtondakı mənbələr bildirirlər ki, Rubio hazırda karyerasında bəlkə də ən mürəkkəb rolu – Venesuelada ABŞ siyasətinin faktiki koordinatoru funksiyasını üzərinə götürməlidir. Bu, neft aktivlərinin bölüşdürülməsi, sanksiya siyasətinin formalaşdırılması və yeni hakimiyyət sisteminin qurulması kimi məsələləri də əhatə edir. Səbinə Həsənova

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
50
azvision.az

10Mənbələr