GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Ermənistan Baş naziri Nikol Paşinyanın Venesuela Prezidenti Nikolas Maduronun qaçırıldığını görüb qorxudan anti-erməni və anti-demokratik olmaqdan əl çəkəcəyini düşünən insanlar sadəlöhvdürlər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Boris Murazi deyib.
“Maduronu demokrat olmadığına görə qaçırmayıblar. O, Qərbin “itaətkar kuklası” rolunu qəbul etməmişdi. Həmçinin Liviyanın sabiq lideri Müəmmər Qəddafini də diktator olduğuna görə öldürmədilər, onun pulunun çox olması “kukla” olmasına mane olurdu”.
Politoloq qeyd edib ki, Maduronun ələ keçirilməsi Nikol Paşinyan üçün qorxu siqnalı və ya birbaşa göstəriş olmalıdır:
“Yəni daha anti-erməni, anti-demokratik və daha çox kukla olmaq üçün…Paşinyan verilmiş siyasi kursdan kənara çıxacağı təqdirdə, gələcəkdə onun da oxşar aqibətlə üzləşməsi mümkündür”.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.