AZ

Oğuzda maşın ağaca çırpıldı Xəsarət alan var YENİLƏNİB

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində minik avtomobilinin yoldan çıxması nəticəsində qəza baş verib.

Avtosfer.az xəbər verir ki, Sarvan Piriyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə sürücünün həyat yoldaşı, 40 yaşlı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı xəsarət alıb.

Hadisə yerinə Təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

***19:00

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Oğuz rayonunun Bucaq kəndində Sarvan Piriyevin idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə arvadı - 40 yaşlı,  Cəhanə Piriyeva xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
48
avtosfer.az

10Mənbələr