AZ

Oğuzda maşın ağaca çırpıldı Xəsarət alanlar var (YENİLƏNİB)

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində minik avtomobilinin yoldan çıxması nəticəsində qəza baş verib.

"Unikal" xəbər verir ki, Sarvan Piriyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə sürücünün həyat yoldaşı, 40 yaşlı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı xəsarət alıb.

Hadisə yerinə Təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

*** 18:41

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var.

 "Unikal" xəbər verir ki, Oğuz rayonunun Bucaq kəndində Sarvan Piriyevin idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə arvadı - 40 yaşlı  Cəhanə Piriyeva xəsarət alıb.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
142
38
unikal.az

10Mənbələr