AZ

Qardaşını itirən ulduz futbolçu müqaviləsini ləğv etdi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniya Bundesliqa təmsilçisi "RB Leypsiq"in təcrübəli yarımmüdafiəçisi Kevin Kampl gözlənilməz bir qərarla yaşıl meydanlarla vidalaşıb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı sloveniyalı futbolçunun klubla olan müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna səbəb futbolçunun ağır ailəvi itki yaşaması olub.

Yaxın zamanda qardaşını itirən Kampl, ailəsi ilə daha çox vaxt keçirmək və atasının səhhəti ilə maraqlanmaq üçün futbola ara vermək qərarına gəlib.

Təcrübəli oyunçu açıqlamasında bu ayların onun üçün çox çətin keçdiyini və evinə dönmək vaxtının çatdığını bildirib. 2017-ci ildən bəri "RB Leypsiq" formasını geyinən və 9 il ərzində klubun simalarından birinə çevrilən orta saha oyunçusunun bu qərarı azarkeşlər tərəfindən kədərlə qarşılanıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
16
fanat.az

10Mənbələr