Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngiltərə klubu misirli futbolçu üçün hərəkətə keçdi
"Aston Villa" qış transfer pəncərəsində "Mançester Siti"nin yarımmüdafiəçisi Omar Marmuşu heyətinə qatmağı planlaşdırır.
QOL.az xəbər verir ki, Birminqem təmsilçisi misirli futbolçunun transferi üçün imkanları nəzərdən keçirir.
Məlumata görə, hazırda Misir millisi ilə Afrika Millətlər Kubokunda iştirak etməsinə baxmayaraq "Aston Villa" onun keçidini yanvarda yekunlaşdırmağa maraq göstərir.
Xatırladaq ki, futbolçunun "Mançester Siti" karyerası hələlik gözlənilən səviyyədə deyil. Xosep Qvardiola bu mövsüm ona Premyer Liqada cəmi 2, Çempionlar Liqasında isə 1 dəfə start heyətdə şans verib.
Qeyd edək ki, Omar Marmuş "şəhərlilər"ə 2025-ci ilin yanvarında Almaniyanın "Ayntraxt" klubundan 59 milyon avro qarşılığında keçib. O, geridə qalan bir il ərzində Mançester klubunda 40 oyuna çıxaraq 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.